Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir: "Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

***

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmənin iki postunu dağıdıb.

Mia.az Oxu.Az-a istinadən xəbər verir ki, əsgərlərimiz səkkiz düşmən hərbi qulluqçusunu məhv edib.

Onu da qeyd edək ki, Erməınistan Müdafiə Nazirliyi 2 hərbçisinin ölməsi barədə xəbəri rəsmən açıqlayıb.