Azərbaycanda daha 32735 nəfər peyvənd olunub.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 11 531 165 nəfərə çatıb.
Bunlardan 5 187 462 birinci, 4 699 487 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 644 216-ya yüksəlib.