Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyi ilə birgə şəhər ərazisində 6 “Faqot”, 5 ”Muxa”, 1 pulemyot, 1 qumbaraatan, 8 qumbara, 110 müxtəlif növ mərmi, 3 avtomat sandığı, 2712 müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkarlayıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.