Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov vəfat edib.
Mia.az xəbər verir ki, o, Moskva xəstəxanalarından birində vəfat edib.
Yaxınlarının açıqlamasına görə, Vəzirov bir neçə gün öncə böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilibmiş.
Böyük ehtimalla o, Moskvada həyat yoldaşının məzarının yanında dəfn olacaq.
Qeyd edək ki, əslən Füzulidən olan siyasətçi 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-ci ildən 1990-cı ilədək Azərbaycan SSR-ə rəhbərlik edib. 1990-cı il 20 Yanvar qırğınından sonra Rusiyaya sığınıb və ömrünün sonunadək orada yaşayıb.