Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilən Səbuhi Əhəd oğlu Sadıqov kollektivə təqdim olunub.

Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, yeni sədri kollektivə Baş nazirin müavini Şahin Mustafayev təqdim edib.