Azərbaycan prezidenti İlham Əliyevin İqtisad Universitetinin rektoru ilə bağlı imzaladığı sərəncam açıqlandı. MIA xəbər verir ki, prezident sərəncamında bildirilib:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilsin”.

Ölkə başçısının digər sərəncamında isə bildirilib:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şəmsəddin Hümmət oğlu Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilsin".