“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlıları qüvvələri vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar”.

Mia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb: “KTMT-yə üzv ölkələrin çoxmillətli qüvvələrindən ibarət sülhməramlı qoşunları Qazaxıstanda yerləşdirilib, onlar vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar ”.

Tokayev digər paylaşımında iğtişaşçılarla heç bir danışıq aparılmayacağını, onlara aman tanımayacaqlarını bəyan edib: “2022-ci il yanvarın 2-də mən hökumətə Qazaxıstanda etirazçıların müraciətlərinə operativ reaksiya verməyi və mayeləşdirilmiş qazın qiymətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirməyi tapşırdım. Təəssüf ki, Qazaxıstanın bir sıra regionlarında və Almatıda bu, zorakılıqla qarşılandı. Buna görə də hökuməti istefaya göndərmək qərarına gəldim və komendant saatı tətbiq etdim".

Tokayev bildirib ki, bütün səylərə baxmayaraq, etirazlar iğtişaşlara səbəb olub: “Bundan sonra Qazaxıstan xarici diplomatik nümayəndəliklərin, habelə xarici şirkətlərin və investorların şəxsi heyətinin və əmlakının təhlükəsizliyini və mühafizəsini təmin edəcək”.

Mia.az.