Novator.az “Avroviziya 2022” mahnı müsabiqəsi iştirakçılarının siyahısına nəzər salıb.
Mayın 10-14-ü İtaliyanın Turin şəhərində keçiriləcək yarışa 41 ölkə qatılır.
Yanvarın 7-dək 8 ölkənin təmsilçisi bəllidir:
Albaniya – Ronela Hayati
Belçika – Jeremi Makiz
Bolqarıstan – “İntelligent Music Project” qrupu
Çexiya – “We Are Domi” qrupu
Gürcüstan – “Circus Mircus” qrupu
Monteneqro – Vladana Vuçiniç
Niderland – Stin den Hollander
Yunanıstan – Amanda Tenford.
Yarışda iştirak hüququnu bu ölkələr də alıb: Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Malta, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, Şimali Makedoniya, Ukrayna.
İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə, Ukrayna 2 dəfə, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.
Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri tutub.
“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib, 30-cu yerdə qərarlaşıb.