Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlılarının komandanı məlum olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, KTMT sülhməramlılarına Rusiyanın Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdükov başçılıq edəcək.

Qeyd edək ki, 2015-ci ildə A.Serdükov Şərqi Ukraynanın işğalı zamanı Rusiya qoşunlarına komandanlıq edib/Report.

Bu arada Tacikistan və Qırğısıstan parlamentləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində Qazaxıstana sülhməramlı taborun göndərilməsi haqqında qərar qəbul edib.

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Tacikistanın 200, Qırğız Respublikası isə 150 hərbçi göndəriləcək.

Mia.az