Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Mia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

O, ölümlərlə nəticələnən qarşıdurmaya görə paytaxtı tərk etməyəcəyini bəyan edərək, bildirib ki, bundan sonra həmin vəzifəni də özü tutacaq: “Bu gündən etibarən bu vəzifəni mən tutacağam. Dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri olaraq qanunları pozanlara qarşı maksimal şəkildə sərt olacağam. Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir.

Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin, bu məsələdən güclü çıxaq”.

Tokayev deyib ki, tezliklə vəziyyətin stabilləşməsi üçün tezliklə yeni təkliflər paketi ilə çıxış edəcək.

Mia.az