Azərbaycanda daha 27417 nəfər peyvənd olunub.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 11 373 965 nəfərə çatıb.
Bunlardan 5 171 942 birinci, 4 680 213 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 521 810-a yüksəlib.