Vətəndaşa qarşı kobud rəftar edən polis mayoru İlkin Süleymanov vəzifəsindən azad olunub.
Mia.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili İlkin Süleymanov daxili işlər orqanlarından xaric edilib.