"Yüksək dağlıq ərazilərdə yerləşən Azərbaycan Ordusunun bölmələri fasiləsiz elektrik enerjisi ilə təmin olunub, isti və soyuq su xətləri çəkilib".

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında deyib.

O bildirib ki, 6 aylıq ərzaq, yanacaq ehtiyatı yaradılıb və qış mövsümü ilə əlaqədar bütün şəxsi heyət isti geyimlə təmin edilib/Report.

MN rəsmisi deyib ki, cari il ərzində Kəlbəcər rayonu istiqamətində 220, Laçın rayonu istiqamətində 330, Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində isə 120 km-dən artıq, ümumilikdə 700 km yaxın yeni yol çəkilib: "Hazırda bu sahədə işlər davam etdirilir".

Mia.az