"Azərbaycanla Ermənistan sərhədinin delimitasiyası üzrə komissiya yaxın zamanda yaradıla bilər".
Mia.az "RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
O bildirib ki, razılaşmanın icrası üçün çətin maneə yoxdur: "Sovet dövründən qalma bu problem iki ölkə arasında sərhədin bütün sahə boyu müvafiq qaydada, beynəlxalq hüquq baxımından rəsmiləşməməsindən irəli gəlir”.