Azərbaycanda COVID-19 pasportunun və immunitet sertifikatının müddətinə məhdudiyyət qoyulur”.
Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələn il fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən ediləcək: "İkinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini itirmiş olacaq".
PA rəsmisi deyib ki, gələn il fevralın 15-dən sonra vaxtı keçmiş COVID-19 pasportu ilə qapalı məkanlara giriş qadağan ediləcək.
Onun sözlərinə görə, hazırda müəyyən yerlərə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür: “Ancaq vaxtı keçmiş COVID-19 pasportu ilə həmin məkanlara daxil olmaq mümkün olmayacaq. Bu məhdudiyyətlər fevralın 15-dən tətbiq olunacaq”.