Azərbaycanda daha 31242 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 11 255 847 nəfərə çatıb.

Bunlardan  5 161 039 birinci, 4 666 161 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə  1 428 647-yə yüksəlib.