Rusiyanın “Nordwind” aviaşirkəti yeni açılan Moskva-Qəbələ reysi üçün bilet satışına başlayıb.
“Aviaport” xəbər verir ki, uçuşların “Boeing 737-800” təyyarəsində həyata keçirilməsi planlaşdırılır.
3 saat davam edəcək uçuşlar yanvar ayının 16-dan etibarən hər həftənin bazar günü həyata keçiriləcək/Report.