Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən danışıb.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə o, Rusiyanın hərbi idarəsində keçirilən müşavirədə bəhs edib: "Qarabağa həyat tədricən qayıdır. İndi orada sülh və əmin-amanlıq hökm sürür”.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirməyə nail olub: "Planlı işlərin görülməsi üçün növbəti addımlar atılır”/Report.