Təhsil naziri Emin Əmrullayevin əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov vəzifəsindən azad edilib.

Mia.az Təhsil Nazirliyinə istinadla bildirir ki, Eldar Orucov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsinə təyinat alıb.

Emin Imrullayevin digər əmri ilə nazirinmüşaviri Ülkər Səttərova isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.