“Biz öz tərəfimizdən Azərbaycana da, Ermənistana da lazımi dəstək verəcəyik”.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiyasına Avropa İttifaqı tərəfindən verilən dəstəyi müsbət qiymətləndirdikərini sözlərinə əlavə edərək, bildirib ki, ikitərəfli münasibətlərin yoluna qoyulması üçün beynəlxalq səyləri alqışlayırlar: "Bu zaman regiondakı reallığın nəzərə alınması, Bakı ilə İrəvanın razılığı əsas götürülməlidir. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, daha sonra demarkasiyası üçün tərəflərin istəyi, Rusiyanın məşvərətçi yardımı ilə ikitərəfli komissiya yaratmağa razılaşıb. Biz öz tərəfimizdən Azərbaycana da, Ermənistana da lazımi dəstək verəcəyik”.