Azərbaycanda daha 24207 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 11 177 159 nəfərə çatıb.

Bunlardan  5 153 329 birinci, 4 656 209 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə  1 367 621-ə yüksəlib.