İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni rəisi təyinatı olub.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən Məmməd Aslan oğlu Abbasbəyli Dövlət Xidmətinə rəhbər təyin edilib.

Qeyd edək ki, o, bu vəzifəyə qədər adıçəkilən xidmətin rəis müavini işləyib.

O, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ilə qardaşdır.

Mia.az