Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dünən general-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalova yeni vəzifə verib.

Nazirin müvafiq əmri ilə Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilib.

Digər əmrlə general-mayor FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub.

Qeyd edək ki, Raul Zeynalov 1982-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var./Qaynarinfo.

Qeyd edək ki, dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla R.Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.