İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir.

Mia.az xəbəır verir ki, İranın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək. 

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.