Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.
Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!