Azərbaycanda daha 30365 nəfər peyvənd olunub.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 11 097 316 nəfərə çatıb.
Bunlardan 5 144 676 birinci, 4 645 903 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 306 737-yə yüksəlib.