Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçirilib.

Mia.az xəbər verir ki, müsabiqədə ölkəmizi “One of those days” (“O günlərdən biri”) mahnısı ilə təmsil edən Sona Əzizova 151 xalla beşinci yeri tutub.

Azərbaycana ən yüksək 12 xalı İtaliya və Ukrayna verib.

Müsabiqənin qalibi Ermənistan təmsilçisi Malena olub. O, “Qami, qami” mahnısını ifa etdiyinə görə 224 bal toplayıb. Polşa isə 218 balla ikinci, Fransa 182 balla üçüncü yerdə qərarlaşıb.