Baş prokuror Kamran Əliyev iki rayona prokuror təyin edib.

Mia.az xəbər verir ki,  Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov Zəngilan rayon prokuroru, Zəngilan rayon prokuroru Lalə Hüseynova isə Hacıqabul rayon prokuroru vəzifəsinə təyin ediliblər.

Hacıqabul rayon prokuroru Rövşən Maqsudov isə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.