Azərbaycanda daha 30303 nəfər peyvənd olunub.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 10 990 538 nəfərə çatıb.
Bunlardan 5 131 789 birinci, 4 630 793 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 227 956-ya yüksəlib.