Azəri – Talış İctimai Birliyi fəaliyyətini dondurub.
AzNews.az xəbər verir ki, bununla bağlı qurumun sədri Mehdibəy Səfərov bəyanat verib.
"Dövlət qeydiyyatına alınmadığına görə, birliyin fəaliyyət göstərməsini qeyri-mümkün sayırıq. Odur ki, son məhkəmə instansiyasının qərarı elan edilənə qədər birliyimizin bütün strukturlarının-idarə heyətinin, təşkilat şöbəsi və gənclər təşkilatının fəaliyyəti müvəqqəti olaraq dondurulur”.