İsrailin Azərbaycandakı səfirliyi ərazisində "şərti düşmən"ə qarşı təlim keçirilib.
Mia.az xəbər verir ki, bununla bağlı səfirliyin tviter səhifəsində paylaşım edilib:
Paylaşımda deyilir: “Səfirlik və Azərbaycan təhlükəsizlik qüvvələri təhlükəsizlik sahəsindəki əməkdaşlığımızı daha da gücləndirməyə yönələn birgə təlimlər keçirib. Azərbaycanın təhlükəsizlik qüvvələrinə daim fədakarlıq və əzmkarlıq göstərdiklərinə görə təşəkkür edirik”.