Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə bu günə təyin edilən cinayət işi üzrə hazırlıq iclası təxirə salınıb.
Məlumata görə, terrorçuların hazırlıq iclası dekabrın 17-də, saat 14:30-da Sabunçu Rayon Məhkəməsində keçiriləcək/Report.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.