Azərbaycanda daha 24600 nəfər peyvənd olunub.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 10 894 072 nəfərə çatıb.
Bunlardan 5 120 573 birinci, 4 617 224 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 156 275-ə yüksəlib.