Azərbaycan prezidenti İlham Əliyev "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılıb.

Prezidentin digər sərəncamı ilə Zaur Hüseynov "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov idi.