Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirr ki, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub: "Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".