TQDK magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib.
Qurumun rəsmi xəbərinə görə, bakalavrlar TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrinizdən istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqi”ni çap edə bilər: "İş nömrəsi və şifrini itirmiş bakalavrlar ödəmə kartını aldığını telefon nömrəsindən 2 yazıb 7745 nömrəsinə göndərməlidir.
Qeyd edək ki, imtahana gələrkən "Bakalavrın imtahana buraxılış vərəqi” ni və şəxsiyyət vəsiqəsinin əslini mütləq özünüzlə gətirməlisiniz".