"Allah bizi nəzərdən, nəfsdən qorusun. Əsas sağlam can olsun. Allah mərdimazardan qorusun, çox qorxuludurlar. Uzun müddətdən sonra səhnəyə çıxıram. İstəmirəm mənimlə bağlı dedi-qodular, mənasız xəbərlər çıxsın, danışılsın. Ancaq səhnə fəaliyyətimdən danışılsın istəmişəm".

Bu sözləri Xalq artisti Məleykə Əsədova instaqramda canlı yayımda olarkən deyib. Ayağından əməliyyat olunan aktrisa uzun müddət səhnəyə çıxa bilməməsindən danışıb.

Pandemiyadan sonra ilk dəfə tetarda tamaşada rol alan Əsədova daha sonra bunları əlavə edib:

"İlyas Əfəndiyevin "Mənim günahım" tamaşasında Nurcahan ilə səhnəyə çıxdım. Səhnə, işıqlar, tamaşaçı alqışı ücün darıxmışdım. Həmişəki kimi zal dolu idi. Tamaşacılarımla, pərəstişkarlarımla görüşmək məni bir daha səhnəyə bağladı. Səhnə ücün doğulmuşam. Nə yaxşı ki, varımsınız, məni alqışlayan, sevən tamaşaçılarım... Allah sizləri var etsin. Mənə sağlam can və istedad verdiyi, məni səhnənin "Məlakəsi" etdiyi üçün Allahıma sonsuz təşəkkürlər"/Axsam.az.