Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Xocalı soyqırımında baş verənlərdən üzüldüyünü bildirib. 

Mia.az xəbər verir ki, Ahmet Saniç Xocalıda baş verənlərlə bağlı bunları yazıb. "Xocalı faciəsi bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi bir cinayətdir. Ermənistan Respublikasının Azərbyacan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına beynəlxalq siyasi hüquqi qiymət verilməsinə və cinayətkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Xalqımıza dövlətçiliyimizin və milli birliyimizin möhkəmlənməsi naminə mətin olmağı arzu edir, Xocalıda şəhid olanlara Allahdan rəhmət diləyirik”.