Xocalı faciəsinin 22-ci ildönümünü anma tədbirinə qatılan Milli Şura üzvləri ilə polislər arasında qarşıdurma yaşanıb.
Mia.az Modern.az-a istinadən xəbər verir ki, buna səbəb Milli Şura üzvlərinin Xətai metrostansiyası ərzisindən şüarlar səsləndirməsi olub. Onlar "Xocalıya ədalət”, "Haqqınızı halal edin” kimi şüarlar səsləndiriblər. Qarşıdurma zamanı Milli Şura üzvlərindən AXCP-nin sədr müavini Əbülfəz Qurbanlı və Kamalə Bənənyarlı yüngül bədən xəsarətləri alıblar.