Nazirlər Kabinetinin “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nda dəyişiklik edilib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, qaydaya yeni bənd əlavə edilib.

Yeni bəndə əsasən isə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin gələcəkdə yenidən qurban olmaq riskinin qiymətləndirilməsi və qarşısının alınması istiqamətində preventiv tədbirlər görüləcək.