Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya işgüzar səfərə gedib.

Mia.az Report-a istinadla xəbər verir ki, iki ölkənin Baş prokurorları arasında ikitərəfli görüş keçirilib.

Görüş əsnasında Ukrayna Baş prokuroru İrina Venediktova noyabrın 30-da ölkəmizdə baş vermiş helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.