Qazaxıstanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsindəki paylaşımda deyilir: "Qazaxıstanın səfirliyi Xızı rayonunda Azərbaycanın Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verir. Xəsarət alanlara tezliklə şəfa tapmasını arzu edirik”.