Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların meyitlərinin daxili və xarici müayinələri həyata keçirilib".

Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda hadisə ilə bağlı intensiv zəruri istintaq hərəkətləri davam etdirilir.

****

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.

Mia.az xəbər verir ki, meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub