“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması zamanı yaralanan iki nəfər hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) hospitalındadırlar”.
Mia.az xəbər verir ki, bunu DSX-nin rəis müavini general-leytenant İlham Mehdiyev deyib.
Hadisə zamanı yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlunun vəziyyətindən danışan DSX rəisinin müavini deyib: “Onlar ayaq üstədirlər”.
Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.