Türkiyə Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Mia.az xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi tviter hesabında paylaşım edilib: “Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, bütün azərbaycanlı qardaşlarımıza isə başsağlığı və səbr diləyirik”.