Aktrisa Nərgiz Əliyevanın başına iş gəlib.
Mia.az xəbər verir ki, hadisə Bakının mərkəzində, Fəvvarələr meydanında baş verib.
Gənc aktrisa tanımadığı əks cins nümayəndəsinin ona hücum etdiyini, lakin xoşbəxtlikdən maşınının qapılarını dərhal bağladığını iddia edib:
"Deməli belə, dünən gündüz təxmini saat 17:00 radələrində şəhərin mərkəzində bir kişi mənim maşınıma yaxınlaşır, yaxşı ki, mən həmin dəqiqə qapıları bağladım. Bu insan mənim maşınımın qapısını açmağa çalışırdı və maşının pəncərəsinə yumruqlar vururdu. Çox qorxmuşdum, maşında mənim qızım da ola bilərdi.
Və bir neçə dəfə yumruqla maşınımın şüşəsinə vurduqdan sonra, mən onu telefona çəkməyə başladım ki, bəlkə çəkinər. Nə isə, bunu yazmağımda məqsədim nədir?! Həmin dəqiqə heç kim heç nə etmirdi, kənardan kişilər baxıb gülürdü. Azərbaycan polisindən xahiş edirem, bu insanı tapıb izahataını alsın. Çünki bilmək olmaz sabah nə olacaq və kimin qarşısına çıxacaq".
***
Aktrisa Nərgiz Əliyevaya hücum edən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, saxlanılan şəxs 1971-ci il təvəllüdlü, əvvəllər oğurluğa görə məhkum olunmuş Sedov Vadim Vyaçeslavoviçdir.Artıq həmin şəxsin izahatı alınıb və onun əməli xırda xuliqanlıq kimi dəyərləndirilərək məhkəməyə müvafiq təqdimat göndərilib. V.Vyaçeslavoviç polisə izahatında N.Əliyevanın avtomobilinə pul almaq məqsədilə yaxınlaşdığını bildirib.
Mia.az