Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.
Mia.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat yayıb.
O bildirib ki, hadisə Şukürbəyli kəndində baş verib: "Nəticədə Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.
Yaralı hərbi qulluqçular xəstəxanaya yerləşdirilib".