Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödəniləcək.