Bu gün Prezident İlham Əliyev yeni sərəncamlar imzalayıb.
Mia.az xəbəır verir ki, sərəncama əsasən, Baş prokuroru Kamran Bayram oğlu Əliyevə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Digər sərəncamla general-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib.
Başqa bir sərəncamla isə general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsi verilib.