Azərbaycanda daha 33072 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı  10 267 178 nəfərə çatıb.

Bunlardan 5 047 093 birinci, 4 519 516 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 700 569-ə yüksəlib.